Bu da NATO :Afinaya görə Türkiyə ilə bağlı tvitini sildi
NATO Yunanıstanın reaksiyasından sonra Müttəfiq Quru Qoşunları Komandanlığının Türkiyənin 30 Avqust Zəfər Günü münasibəti ilə yayımladığı tviti silib.
Faktinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, NATO-nun Zəfər Bayramı münasibəti ilə Türkiyəni təbrik etməsini Yunanıstan "NATO Türkiyənin 1922-ci ildə Yunanıstan üzərində qələbəsini qeyd etdi" deyə, etirazla qarşılamışdı.
Qeyd: Bu da NATO : O NATO ki,"Türkiyə NATO-nun ən güclü ikinci üzvüdür"- deyə, daima təşviqindən qalmayıb.İndi Yunanıstanın reaksiyasına görə, Türkiyənin 30 Avqust Zəfər Günü münasibəti ilə yayımladığı tviti səhifəsindən silib.İndi düşünək : Ərdoğan nə qədər güclü siyasətçi imiş,NATO-ya bel bağlamamaqda.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın