Bu deputat milyonlar oğurlananda lal, kar, kor idi...
Rasim Musabəyov (bəyov özü də) adlı seçicilərindən xəbərsiz deputatın (seçilərinin 1 faizinin səsini alıbsa Azərbaycan vətəndaşlığından imtina etməyə hazıram) məlum statusundan (özü də rus dilində, Allah belə deputatı heç ermənilərə də qismət eləməsin) Azneft dairəsi və Kukla Teatrının qarşısındakı piyada keçidlərində popkorn satışı yığışdırılıb.
2 imkansız yeniyetmə çörəksiz qaldı. Və deputatfason bu barədə qələbə statusu yazıb - sanki Azərbaycan ordusu Şuşanı azad edib.
Gündəlik gəliri 10-15 manatdan yuxarı olmayan 2 yeniyetməni işsiz qoymağa görə, ifadəmə görə gənclərdən və xanımlardan dönə-dönə üzr istəyirəm, tumanını başına çəkməyin adı nədir axı? Bu deputatfason Beynəlxalq Bankda dövlətin milyardları havaya sovrulması aşkarlananda, "Azərenerji" də milyardlar oğurlananda lal, kar, kor idi. Bu günün özündə milyonluq tenderlər məmurların qohum-qardaşı arasında bölüşdürüləndə də dili bəlli yerdə olur. Ancaq 2 yeniyetmənin 14-15 saat işləyib -14-15 manat qazanmasına görə içindəki kanalzasiyanı çölə püskürdü.
İkincisi, bu yeniyetmələr keçiddə biznes qurmamışdı. Bu Bulvar İdarəsinin rəisinin biznesi idi. Bir dəfə bir qadınla satıcının mübahisəsinin şahidi oldum. Qadın 50 qəpiklik papkorn (yarısını) almaq istəyirdi. Ancaq satıcı yazıq şəkildə izah edirdi ki, xala, vallah verə bilmərəm, mənə kağız kulokları sayıb verirlər, onların sayına görə də ödəniş etməliyəm. Yəni adama gündə 200 kulok verilirsə, axşam rəisə 200 manat ödəniş etməliydi, rəis də ona bəlli bir maaş təyin etmişdi. Öllmüşdü rəis, 2 yeniyetmə gəlib keçiddə biznes qursun. Bir deputatfasonun kanalzasiyasının püskürməsinə görə, rəis biznesini qapatdı, 2 yeniyetmə də işsiz qaldı.
İndi elliklə yazsaq ki, bulvarda obyektin birini 300 min manata satırlar, heç rəisin vecinə də olmaz, hələ üstümüzə də gəlib, bizi məhkəmə ilə hədələyər. Ancaq seçicilərindən xəbərsiz deputatın kanalzasiyanın püskürməsinə görə, nəinki 2 yeniyetməni işsiz qoydu, hətta öz biznesini də qapatdı. Bax belə eybəcər cəmiyyətdə yaşayırıq - yalnız deputaların və məmurların hüquqları yüksək səviyyədə qorunur.
/Qadir İbrahimli
Bu xəbər üçün şərh yazın