Bu gün Əhməd Əhmədzadənin ad günüdür

Bu gün Əhməd Əhmədzadənin ad günüdür 

Yanvarın 7-si Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə doğum gününü qeyd edir.

Məlumat üçün bildirək ki, o uzun illər rəhbər vəzifələrdə çalışıb,SSRİ dönəmində bir neçə rayonun birinci katibi işləyib. Müstəqillik illərində isə bütün həyatını ölkənin su təsərrüfatının inkişafına həsr edib.

İnamla deyə bilərik ki,dilimizdə ziyalıya,ağsaqqala,təsərrüfat adamına,dövlət məmuruna,rəhbər şəxsə aid nə qədər gözəl sözlər varsa,onların hamısını Ə.Əhmədzadəyə şamil etmək olar.

Ə.Əhmədzadə həm sovetlər dövründə,həm də müstəqillik illərində hansı sahədə çalışıbsa,o işdə yalnız uğur əldə edib. İstər Ümummilli lider Heydər Əliyevin,istərsə də onun layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ən sədaqətli,ən çox etimad göstərilən məmurlardan biri kimi tanınıb.

Biz də Əhməd Əhmədzadənin ad gününü təbrik edir,ona uzun ömür, cansağlığı,dövlətə və millətə xidmət yolunda yeni-yeni uğurlar arzulayırıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi