Bu gün məktəblərdə rüşvət tələb edilir,neqativ hallar qalmaqdadır- Deputat
“Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram.
Bura gəlməmişdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”.
Faktinfo.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
Deputat bildirib ki, bu gün məktəblərdə “fond pulu” yığılır. “Deyirlər ki, məktəblərdə pul yığmağı yığışıdrıblar. Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə “fond pulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.
Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib
“Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur.
Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.
Bu xəbər üçün şərh yazın