Bu magistlər 2 ilə iki diplom aldılar
Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə MBA proqramında əməkdaşlıq çərçivəsində həyata keçirilən ikili diplom proqramı üzrə növbəti tədris ili sona çatıb.
Faktinfo.az-a Universitetdən verilən məlumata görə,proqram çərçivəsində təhsil alan magistrlər bu gün dissertasiya müdafiəsindən keçiblər.
Beləliklə, magistr tələbələr 2 illik təhsil müddətinin yekunu olaraq həm Qərbi Kaspi Universitetinin, həm də İsveçrənin UBİS Universitetinin diplomlarını əldə edəcəklər.
Məlumat üçün bildirək ki, bu tədris ilindən etibarən UBIS ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti ilə əməkdaşlıqla bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevrilib. Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (menecment, marketinq, bank işi və maliyyə) birini seçib, əlavə dörd fənn keçməklə üçüncü diplomu da əldə edəcəklər.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə kimi ölkələrin aparıcı universitetlərində də təhsil ala bilirlər.
Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir.
Bu xəbər üçün şərh yazın