Bu məhsullar damar tıxanmasına qarşı faydalıdır

Bu məhsullar damar tıxanmasına qarşı faydalıdır 

Diyetoloqların fikrinə görə, qidalanma aterosklerozun profilaktikasında böyük rol oynayır. Bəzi məhsulların qidalanmada daim olması aterosklerozun inkişafını ləngidir.

Belə ki, rusiyalı həkim-diyetoloq Oksana Skitalinskaya aterosklerozun qarşısını almaq üçün tez-tez müxtəlif sıyıqları (düyü, arpa, yulaf, darı, qarabaşaq, buğda, kinoa) yeməyi tövsiyə edir.

Sıyıqlar liflərlə zəngindir. Bu liflər orqanizmdən artıq xolesterini çıxartmağa yardım edir.Diyetoloqun fikrinə görə, göyərti də aterosklerozun qarşısını alan ən faydalı məhsullardan biridir. Göyərtilərin istehlakı orqanizmdə homosistein aminturşusunun səviyyəsini aşağı salır. Homosisteinin səviyyəsi yüksək olduqda aterosklerozun riskini xeyli artır.

Azot oksidi ilə zəngin olan qarpız və çuğundur da aterosklerozun riskini azaldır. Orqanizmdə azot oksidinin sintezinin azalması aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz sağlam damarlarda deyil, iltihablaşmış damarlarda inkişaf edir. Zeytun yağı və qoz-fındıq bu iltihabın qarşısını almağa kömək edir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi