Fəzail İsmayıl Böyükkişi-

Fəzail İsmayıl Böyükkişi- Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!

Peyğəmbərlərdən sonra dinli, imanlı şairlər gəlir.

Məhəmməd (s.ə.s) peyğəmbər

Afrinə ordu yeritməklə Rəcəb Tayyub Ərdoğan bir daha türk millətinin ədalətli, qeyrətli, qüdrətli və döyüşkən millət olduğunu sübut etdi.

                                              

Müəllif                                

Qədim türkləri çinlilər, dağ içində itirərdi,

Onda türkləri bozqurd gen dünyaya ötürərdi,

Darda qalsa Qazan xan, Qaraca Çoban yetirərdi.

Dirsə xan oğlu Buğac əliylə kəsilərdi buğan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Bilgə Xaqanla Güntəkin türkü kəndinə döndərdi,

Atillasa türk dünyasında ilk qüdrətli öndərdi,

Allah sultan Osmandan otuz altı sultan göndərdi,

Sultan xəlifə oldu, müsəlman tökmədi nahaqq qan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Başa salmaq üçün Öcalan tək xain mindillini,

Afrindəki PKK-ya yerləşdirdin fitilini,

Od vur, naqislər külə dönsün, göyə sovur külünü,

Qalxıb göylərə hey pərvaz eləsin ürəyi “yuxan”,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Nə dünya elə alınıb, nə belə satılmalıydı,

Nə dünya varı üstündə ara bərk qatılmalıydı-,

Atdığın bu addım ki, var, o çoxdan atılmalıydı,

Sən ey haqda xeyrin aşiqi, nahaqda şəri boğan.

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Sən Allahlı bir ailədə dünyaya göz açmısan,

Elə buna görə zülmətə öz nurunu saçmısan,

Elm-ürfan sarıdan söylə könlü mən tək acmısan?

İkiayaqlı yırtıcılardır qan-iliyi soğan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyub Ərdoğan!!!


Vətəni bölmək istərdilər, bu addımı sərrast atdın,

Canı geriyə qaytarıb,ulusun imdadına çatdın-,

“Bu dünya beş deyil” - deməklə sözdən aləm yaratdın,

BMT sonda anlar türk  qəlbinə  dünyadır sığan,

Buna çox-çox şükürlər olsun ,Rəcəb Tayyib Ərdoğan!!!

 

Sən Məhəmməd Fateh kimi el yolunda yanmadasan,

Yunis Əmrə, Akif Mehmət şeirin hər an anmadasan-,

Əsil Allah bəndəsini əziz-xələf sanmadasan,

Bir Allahın qulusan, yalnız qadir Allahdır ağan-,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Mayan halal, südün halal, halal duzlu, çörəklisən,

Millətini çox sevirsən, saf könüllü, ürəklisən,

İslam dininə, hümmətinə hər zaman gərəklisən,

Bu dini, hümməti xaçpərəstdir, bütpərəstdir sıxan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


“Quran”a düz əməl eləyib, namazı düz qılmasan,

Mömin müsəlman olmağın, de ola bilərmi asan?

Allah sənin könlündədir, sən Allahın yolundasan!!!

Məzlumların arxasısan, güclü əllə cırılmaz yaxan!!!

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Türk ədalətli, insaflı deyən- Hegelə rəhmət olsun,

Türkə ehtiramla baş əyən- Hegelə rəhmət olsun,

Türkü sidqi-ürəkdən öyən -Hegelə rəhmət olsun,

Çünki türk deyil qudurğan, türk deyil vurağan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


PKK-a tək deyil, YPG,PYD-e də var üstəlik ,

O azğınlar qudurur, quduzluq adlanır xəstəlik,

Türk əsgəri quduzları haqq eləyir dəlik-dəlik,

Keçmiş zamanda sülhü belə qoruyub sultan, xaqan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Şərq,Qərb min-min illər türkü insaflı, mürvətli görüb,

Mədəni,xeyirxah,alicənab,mərhəmətli görüb,

Etibarlı,sədaqətli,namuslu,qeyrətli görüb,

Türklə yaradıb -qurmağa can atır anamız cahan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Tel-Rifatda ərəblər türk şəninə dastan söyləyir,

Qurtarsın Türk bizi müsibətdən, yasdan söyləyir,

Hər mömin müsəlmana sən tək sadiq dostdan söyləyir,

Qüdsidə parlaq İslam günəşindir nurunu saçan,

Buna çox-çox şükürlər olsun ,Rəcəb Tayyib Ərdoğan!!!


Türkün zülmə qarşı döyüş ruhu hey çağlar qanında,

Hərb fitrətdir hər türk sərkərdəsində,komandanında,

Bəlli oldu “Fərad qalxanı”nda, “Zeytun budağın”da, 

PKK-aydı gəbərən,dabanına tüpürüb bərk qaçan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Aliliyi məhv eləyir, kütbaşlığın “iri”liyi,

İblislərin “hüri”liyi, şeytanların “pəri”liyi,

PKK-a, donuz xisləti, dinsizlərin diriliyi,

“Qurani-Kərim”dir mömin ağlını başına yığan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Mən qayibanə varlığam, mən haqqın ayinəsiyəm,

Mən danışan “Quran”am, onun hər surə, ayəsiyəm-,

Mən türkün iftixarıyam, mən türkün himayəsiyəm,

Pəmbə buludlar üstündəki nurlardır könlümdən yağan,

Buna çox-çox şükülər olsun, Rəcəb Tayyib Ərdoğan.


Mənim ülvidir məhəbbətim, müqəddəsdir nifrətim,

Mənim cismi-canımdan deyil, Allahdandır fitrətim-,

Mənim hər iki dünyada əbədidir şeriyyətim,

Məni çarmıxa çəkmək istər qınına girən bağan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Hər insan bir heyvana bənzər, bu bənzərdə mən şirəm,

Türkün qırx düyününü açan son möcüzə, son sirəm,

Lövhü-Məhfuz önündə Adəmlə, İbrahimlə  birəm,

Mənə ağıl verə bilməz, burnu süd qoxulu çağan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Belə danış hökmü qadir olan sübhanla, rəhmanla,

Harda PKK-a görsən, onu Afrin təkin “səhman”la,

Dost ol, məslək dostunla, düşmən ol, məkirli düşmanla,

Namərd düşmənin ölsün, türk- türkünə canın verər ərməğan,

Buna çox-çox şükürlər olsun ,Rəcəb Tayyib Ərdoğan!!!


Türk-müsəlman fitrətindən iblis, şeytan, cin keyləyər,

Türk-müsəlman fitrəti, ərzi fəlakətdən əyləyər.

Türk-müsəlman fitrəti hamıya haqqa gəl söyləyər,

Onda oyuncaq millət yandım deyə qoparmaz fəğan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Vardır Vətəninə murdar canını qıymayanlar da,

Vardır haqq sözün qeybdən gəldiyini duymayanlar da,

Vardır haqq şairini heç şair saymayanlar da,

Nadan dərk eləməz, dinsizdir, imansızdır sərvət yığan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Müqəddəsdir Vətən adlı yurd, yurd adlı od-ocaq,

Vətən şəhidlərlə öz Vətən adını doğruldacaq-,

Vətənini satmaq üçün xainlər gəzər, künc-bucaq,

Onlar sudan qaymaq götürən, yumurtadan yun qırxan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Turanda Tur dağıyam, Turdan başlayar Kür- Arazım,

Türkün cihada qalxmağı Kür-Araz boyu murazım,

Mən cihada köklənmişəm, cihaddır sözüm, avazım,

Haqqın uğrunda doğransam, nahaqqdan deyiləm qorxan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Yarasalar zülməti sevər, xarabanı bayquşlar...,

Xış əkən öküzlərdəki, boyunduruğu hey xoşlar,

Məni anlayanmaz, azadlığı duymayan başı boşlar,

Məni anlayar, şah Toğrul, Nadir, sultan Osman, Orxan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


Bəşər mənim qol-qanadım, türkəm, bəşərin tacıyam,

Mən əzəmətli türk kökü, vüqarlı türk ağacıyam.

Könlüm günəş, sözlərim nur, günəşin nur sayğacıyam,

Yalan ruhun fəlakəti, doğruluq nicatın, arxan,

Buna çox-çox şükülər olsun ,Rəcəb Tayyib Ədoğan!!!


Bəlli,Türkün fəlsəfəsi ilmə-ilmə, külmə-külmə,

Şirin xəyalla açılar, qırx düyünlər elə bilmə..,

Bunun üçün  öyrənmişəm, Konfutsini kəlmə-kəlmə,

Filosofun ola bilməz ala qarğan, qara qarğan,

Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!


 Azad türk düşüncəsi,bütöv türk məmləkətiyəm !!!

 İbrahimin millətiyəm,Məhəmmədin hümmətiyəm !!!

 Fəzailəm Adəm oğluyam,türkün saf niyyyətiyəm !!!

 Tezliklə bəşəriyyət olacaq türk sözünə baxan !!!

 Buna çox-çox şükürlər olsun, Rəcəb Tayyib Ərdoğan!!!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi