Cahangir Əsgərovun arvadı 31 milyonluq otel tikdirib- “Qrand Qloriya” gələn ay açılır
Batumidə yeni beşulduzlu “Qrand Qloriya” oteli açılır.
Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı iyun ayına planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.
Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib. Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.
Yeddi il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya verilib. “Qloriya” şirkətinin 50,8 % payı Z. Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovlara məxsusdur.
(Turan)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın