Canavar qadına hücum etdi, baş və bədən nahiyələrinə xəsarət yetirdi –Ağstafada

Canavar qadına hücum etdi, baş və bədən nahiyələrinə xəsarət yetirdi –Ağstafada 

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.

Hadisə rayonun Korxəlfəli kəndində baş verib.

Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.

Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.

A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Son bir həftə ərzində üçüncü dəfə təkrarlanan bu hadisəyə isə həm rayon rəhbərliyi,həmdə aidiyyatı qrumlar hələ də  laqeyd münasibət sərgiləyir.

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər