Deputat Cavanşir Feyziyevin “Porsche"si ilə adam öldürən şəxs bəraət hökmünün çıxarılmasını istəyir

Deputat Cavanşir Feyziyevin “Porsche"si ilə adam öldürən şəxs bəraət hökmünün çıxarılmasını istəyir 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Faktinfo.az unikal.org-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən sürücü barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə F.Abasovun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın Azər Əliyevin idarə etdiyi “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib.

Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Xəzər Rayon Məhkəməsi A.Əliyevin barəsində bəraət hökmü çıxıb. Hökmə əsasən, F.Abasov 3 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan F.Abasov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsində onun apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, “Porsche Cayenne GTS” markalı avtomobil Milli Məclisin deputatı Cavanşir Feyziyevin adınadır. O, zərərçəkmiş qismində tanınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi