Çavuşoğlu : "Bu sonuncu konfransdır ,razılaşma əldə etməyimiz lazımdır "
Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrənin Crans-Montana şəhərində davam edən Kipr Konfransına bazar ertəsinədək ara verilib.
Faktinfo.az BMT Baş Katibliyindən edilən açıqlamaya əsasən bildirir ki, Baş katib Antonio Guterresin Şimali Kipr Türk Respublikası (KKTC) prezidenti Mustafa Akıncı, Rum lideri Nikos Anastasiadis, qarant ölkələr Türkiyə, İngiltərə və Yunanıstan nümayəndə heyətləri və konfransa müşahidəçi qismində qatılan Avropa Birliyi nümayəndələri ilə baş tutan görüşü olduqca konstruktiv keçib.
Qeyd edək ki, BMT-nin Baş katibi Guterres dünən Crans-Montanaya gələrək konfransa başçılıq etmişdi. Guterresin konfransa daxil olması ilə Kipr müzakirələrinin "İqtisadiyyat", "Avropa Birliyi", "Mülkiyyət", "İdarəetmə-Güc Bölgüsü", "Torpaq", "Təhlükəsizlik və zəmanətlər" olmaq üzrə 6 əsas məsələ paket şəklində nəzərdən keçirilib. Konfransdan sonra Guterres səhər saatlarında Crans-Montananı tərk edib. Konfransda Türk nümayəndə heyətinə başçılıq edən xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqlamasında "Bu sonuncu konfransdır və razılaşma əldə etməyimiz lazımdır “ deyə bildirib.
Xatırladaq ki, edilən müzakirələrdən sonra konfransa bazar ertəsinə qədər ara verilib.
Bu xəbər üçün şərh yazın