“Çindən hələ çox xəstəlik gələcək” – Türkiyəli ulduzdan maraqlı açıqlamalar
Türkiyənin ulduz futbolçusu Burak Yılmaz Çin mətbəxi haqqında danışıb.
Yenisabah.az xəbər verir ki, məşhur futbolçu çinlilərin qəbul etdiyi qidaları görəndə dəhşətə gəldiyini deyib: "Çox qəribə şeylər yeyirlər. Maraqlı gəldiyi üçün onların bazarlarına baş çəkdim və şoka düşdüm. Xəstəliklərin orada meydana gəlməsi çox normaldır. Orada yaşamış biri kimi düşünürəm ki, Çindən hələ çox xəstəlik gələcək. Mən ora gedəndə aşpazım, tərcüməçim, sürücüm var idi. İqtisadi baxımdan inkişafa açıq ölkədir. Futbolu çox sevirlər,maraqla izləyirlər. Biz 60 min nəfər üçün oynayırdıq, rəqib sahədə 30 min nəfər olurdu. Onlara hörmət edirəm, amma Türk insanının yaşayacağı bir yer deyil. Türkiyəyə qayıtma səbəbim orada çətinlik çəkməyimlə əlaqədar olmayıb,sadəcə ailəm üçün darıxmışdım".
Qeyd edək ki, futbolçu 2016-17-ci illərdə Çinin "Beijing Guoan" futbol klubunda oynayıb.
Sayad Həsənli
Bu xəbər üçün şərh yazın