Çingiz Abdullayev jurnalistin sualına “Niyə ölmürsən, utanmırsan” şəklində qarşılıq verməliydimi?
Biriləri jurnalisti ora-bura çağırır,biriləri təhdid edir,digər biriləri də təhqir edir.Bunun nə məmurunda qalıb,nə hüquq mühafizə orqanı işçisində,nə də ki,özünü ziyalı hasab edənində.Jurnalist olub bunlar üçün "sapan daşı".
O ki,qaldı Azərbaycan Yazıçılar Birliyinin XIII-ci qurultayı üçün ayrılan 203 min manatın necə xərclənməsinə dair verilən suala,jurnalistə qarşı xalq yazıçısı Çingiz Abdullayev tərəfindən sərgilənən münasibət ölkə gündəminin "trendinə" çevrildi.Jurnalist sualın qoyuluşunda səhvə yol vermiş olsaydı belə yaraşırdı ki,dedektiv janrda yazan,kitablarının oxunuşuna və dünyada tanınmasına görə öyünən,AYB sədrinin müavini,xalq yazıçısı Çingiz Abdullayev ona verilən suala “Niyə ölmürsən, utanmırsan” şəklində qarşılıq verməyəydi.Çünkü qınanılan tərəfin Çingiz Abdullayevin özü ola biləcəyi ən azı təxmin edilməli idi.Yaş,təcürbə,xalq yazıçısı faktoru- bunlar imkan vermirdi ki,Çingiz Abdullayev əsəbləşsin,təhqirə yol versin. "Məqbul sayılmır bir xalq yazıçısına belə davranış tərzi,"-deyənlərin sosial şəbəkələrdə saysız olacağı,aparılan müzakirələrin heç də xalq yazıçısına bəraət qazandırmayacağı bura əlavə edilməli idi.Bu belə...
Digər tərəfdən Çingiz Abdullayevin müdafiəsinə qalxanlar,yazıçının, alimin ağzına mikrafon tutulmasını rəva bilməyənlər,niyə bircə dəfə "QALXAN OLUB" Səməd Vurğuna,İsa Muğanna və digər mütəfəkkürlərimizə "dil uzadılanda" AYB adından bu şəkildə münasibət sərgiləmirdilər ki,bu gün də Çingiz Abdullayevin dolayısı şəkildə müdafiə edilməsində tərəf kimi görsənməyəydilər,tənqid edilməyəydilər.Həqiqətənmi,azərbaycan dilində normal danışa bilməyən Çingiz Abdullayev Azərbaycan ədəbiyyatına,ana dilimizin zənginləşdirilməsinə Səməd Vurğundan,İsa Muğannadan,Süleyman Rəhimov və digər şair,yazıçılarımızdan çox töhvə verib ki,ona adi sual vermək,mikrafon uzatmaq bu qədər qəbuledilməz hesab edilir.Jurnalist səhv sual vermişdi,özünü təcürbəli yazıçı hesab edən Çingiz Abdullayev sualın düzgün qoyuluşu üçün əlavəsini edib,cavablandıraydı.
Qaldı, cəmiyyətdə əsl yazıçıya,şairə göstərilməli olan münasibətə,onların hörmətli qəbul edilməsi üçün təşəbbüs ilkin olaraq AYB-nin özündən qaynaqlanmalıdır. Səhv etmiriksə,AYB-nin təməl prinsiplərindən biri də Azərbaycan ədəbiyyatının uzaq vuran artilleriyası hesab edilən ədiblərimizin,mütəfəkkürlərimizin yaradıcılığının təhrif edilməsinə,gözdən salınmasına qarşı cəhdlərə adekvat əsaslandırılmış fikir bildirilməsi olmalıdır,deyilmi?
Bəlkə cəmiyyətin bu barədə gözləntiləri yoxdur? Əsla! Son on ildə ortadan qaldırılmış bu başlıca qayə hələ də bərpa olunmayıbsa,orada əksəriyyət özünün reputasiyasını qorumaqla məşğuldusa,AYB-nin XIII-ci qurultayı üçün ayrılan 203 min manat dövlət vəsaitinin xərclənmə istiqamətləri barədə suala cavab axtarılmasında jurnalist niyə qınanmalıdır ki?
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın