Çirkin siyasi məqsədlər üçün günahsız insanlara qarşı törədilən qanlı faciələrin heç bir izahı yoxdur

Çirkin siyasi məqsədlər üçün günahsız insanlara qarşı törədilən qanlı faciələrin heç bir izahı yoxdur 

Radikal dini qruplaşmalar hər yerdə ,bütün ölkələrdə dayaq nöqtələrini yaratmaq,təşkilatlanmaq istəyirlər. Bu cəhdlərin qarşısını almaq üçün bu gün ölkə gəncləri arasinda da geniş təbliğat aparmaq lazimdir.

Terrorçuluğa qarşı təsirli mübarizənin aparılmasında əsas məsələlərdən biri də təhsildir, çünki terror təşkilatları ələlxüsus savadsiz şəxslərdən istifadə edirlər. Onlar oxuya və yaza bilməyən gəncləri ələ alır, onlarin beyinlərini necə deyərlər "doldururlar".Bəzən  dini cərəyanlar işsizlik və insanlarin sosial psixoloji vəziyyətindən də məharətlə  istifadə edir, gənc nəsli səhv yola şəkirlər. Azərbaycandan Suriyaya gedənlərin olduğuna dair zaman -zaman KİV- lərdə yazılıb. 

 Ölkəmizdən,digər dövlətlərdən   Suriyaya gedənlər nə Islama, nə də dövlət qanunlarına  rəayyət etmirlər . Çünki ,çirkin siyasi məqsədlər üçün günahsız insanlara qarşı törədilən qanlı faciələrin heç bir izahı yoxdur. Əvvelcə qeyd etdiyim kimi, onlar savadsiz şəxslərdən istifadə edirlər. Savadsız insanın dünyagörüşü məhdud olur və onu asanlıqla mərkli oyunlara cəlb edib "siyası alətə" çevirmək asanlaşır. 

Digər tərəfdən sosial problemlər qarşısında duruş gətirməyən, iradəcə zəif və maddiyata hər şeyi satan mənəvi əxlaqsızları "Vətən" anlayışından uzaq məzluq kimi belə iyrənc işlərə çəkmək mümkündür. 

Terrorçu qruplar belə demək mümkünsə "Axilles dabanı"nı,  ən zəif yerini tapa bilir, və ondan sui-istifadə edərək öz planlarına uyğun şəbəkəyə cəlb edə bilirlər. Terror təşkilatlari cəmiyyətdəki bütün çatişmazlıqlardan istifadə edirlər və öz cərgələrinə mümkün qədər çox insani cəlb etməyə calışırlar. 

Gənclər bilməlidir ki, cihad adı altında naməlum qüvvələrlə, naməlum məkanda, naməlum hədəfə atəş açmaqdansa, işğal altında olan torpaqlar uğurunda vuruşmaq və şəhid olmaq Vətən, Allah, xalq , həm də Tarix qarşısında borcu şərəflə yerinə yetirmək deməkdir. 

Tarixdən və müasir dövrdən bilirik ki, istənilən bir ölkə nə qədər güclü olsa belə, təkbaşına terrorçuluğa qarşı təsirli mübarizə apara və terror aktlarından yuz faiz sogortalana bilməz. 

Qeyd edək ki, AR CM-nin (Terrorçuluq) 214-cü maddəsi ilə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etməyə qanunda öz əksini tapıb. 

Samirə Qasımova

 Hüquqşünas

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər