Dəhşət – Nazirin sözü keçmir
Əmr geri oxunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə bağlı müəyyən faktlar ortaya çıxır.Faktinfo.az saytına zəng edib, məlumat verən şəxsin bildirdiyinə görə artıq ƏƏSM naziri Səlim Müslümov konkret xəttdən kənar rüşvətin alınmaması ilə bacara bilmir. Vəziyyətlə bağlı Prezident adminstrasiyasına, ölkə prezidentinə, Heydər Əliyev Fondunun prezidentinə Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin struktur vahidliyindən kifayət qədər şikayət olunur. Çıxılmaz vəziyyətdə qalan nazir hazırda müəyyən mənada bacara bilmədiyini etiraf etməyə başlayır. Hətta, bir neçə qadın olan Tibbi Sosial Ekspert komissiyası sədrini işdən çıxarmaq istəsə belə bacarmayıb.
Sayta zəng edib məlumat verən mənbə onu da bildirir ki, Səlim Müslümov şikayətlərin çox olduğu ünvanlardan biri – 29 saylı Şəmkir, Gədəbəy rayonları üzrə TSEK sədri Gülnarə Nəbiyevanı ötən il işdən çıxarıb. Onun yerinə isə Gəncə 25 saylı TSEK-də cərrah həkim işləyən Elxan Rüstəmovu təyin etmək istəyib. Bu səbəblə Elxan Rüstəmovu şəxsən nazir Səlim Müslümov özü qəbul edib onun əmrini verib. Son anda Gülnarə Nəbiyeva əmri geri oxutdurub.
Məlumat üçün onu da bildirək ki, bu gün TSEK-lərdə vəziyyət əvvəlki illərlə müqayisədə qismən normallaşıb. Zamanla TSEK sədrləri bir çox hüquqa zidd əməllərə imza atırdılar. Məsələn: TSEK-in həkim məsləhət komissiyalarında işləməli azı 6 həkimdən 1 ötsə 2 həkim işləyirdi. Təsəvvür edin TSEK sədrləri terapevt, cərrah, nevropatoloq və s. həkimlərin yerinə özləri qol çəkir, qərar verirdilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın