Daha bir ana doğuş zamanı öldü
Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.
Hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.
Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.APA
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın