Daha bir deputat rəsmi qəzetlərdəki başsağlıqlarına qarşı

Daha bir deputat rəsmi qəzetlərdəki başsağlıqlarına qarşı 

“Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir”.

Bu sözləri Axar.az-açıqlamasında millət vəkili Elman Nəsirov Milli Məclisin dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov arasında dini etiqad azadlığı ilə bağlı qanuna ediləcək dəyişiklik ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.

O, Siyavuş Novruzla eyni fikirdə olduğunu bildirib:

"Dövlət tərəfindən maliyyələşən "Xalq", "Respublika" və "Azərbaycan" qəzeti kimi çoxsaylı qəzetlərimiz var. Bəzən dövlət qəzetlərinin son səhifəsində başsağlığı kimi materiallara rast gəlirik. Düşünürəm ki, bu kimi yazıların çap edilməsi üçün müxtəlif qəzetlər və elektron vasitələr daha məqsədəuyğundur. Dövlət qəzetlərində başsağlığı çap edilməsi digər səhifələrdə olan mühüm siyasi məlumatlara kölgə salır. Prezidentimizin və onun köməkçilərinin ölkədə həll etdiyi və həll etməyə çalışdığı mühüm məsələlər var ki, onlar bu qəzetlərdə çap olunmalıdır. Dövlət qəzetləri bu cür materiallara üstünlük verməlidir.

Başsağlığı qəzetlərdə müəyyən məbləğ qarşılığında işıqlandırılır. Bu üsulla dövlət qəzetlərinin qazanc əldə etməsini düzgün hesab etmirəm. Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir və işçilərin qazancları yaşayış üçün qənaətbəxşdir. Əgər başsağlığından əldə etdikləri gəlirlərdən işçilərin əməkhaqlarını ödədiklərini bildirirlərsə, düşünürəm ki, bu yanaşma heç də ciddi deyil".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi