Daha bir icra başçısı 200-lə gedir
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.
Bir müddət əvvəl mətbuatda Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yayılmışdı. İcra hakimiyyəti sonradan saytlara açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.
Reportyor.tv-nin yaydığı videoya görə, bu dəfə fevralın 28-də, saat 10:25 radələrində çəkilmiş görüntülərdə Ağstafa rayonunun birinci şəxsi, yəni icra başçısı Məhərrəm Quliyevin “05-AA-001” dövlət nömrə nişanlı xidməti avtomobili ilə saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapıb.
Həmin videonu təqdim edirik:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın