“Dalğa Beach”də dava: Xarici tələbə döyüldü
Bakıda əcnəbi tələbə döyülüb.
Hadisə paytaxtda yerləşən “Dalga Beach” istirahət mərkəzində qeydə alınıb.
Azərbaycan Tibb Universitetinin tələbəsi, İraq vətəndaşı, 1995-ci il təvəllüdlü Hussein Kamil Gumar ilə Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Fuad Böyük Limat arasında dava olub.
Dava zamanı Türkiyə vətəndaşı iraqlı tələbəni döyüb. İraqlı tələbə hadisə ilə bağlı polisə məlumat verib.
Daxil olan məlumat əsasında Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./Lent.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın