Daş karxanaları ilə bağlı cinayət işi başlanıb - 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib
Azərbaycanda daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb.APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, Baş İdarədə ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işi istintaq olunur.
K. Əliyev həmçinin qeyd edib ki, Göyçayda körpünün uşması faktı ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın