DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ YENİ TƏYİNAT –General Seyfulla Əzimov nazirin birinci müavini təyin edildi
Prezident İlham Əliyev yeni təyin etdiyi Daxili işlər nazirinin birinci müavininin kim olacağı ilə bağlı intizarlara bu gün son qoyub.
Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının yetirməsidir. Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın