“DƏHŞƏTLİ VƏZİYYƏTLƏ ÜZLƏŞMİŞİK...” – Prezidentə müraciət -VİDEO
28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Aygün Muradxanlı Prezident İlham Əliyevə müraciət edib.
Sosial şəbəkədəki hesabında yaydığı video müraciətində namizəd üzləşdiyi qanun pozuntuları barədə məlumat verib, seçkilərə kölgə salan hadisələrin aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş edib.
A.Muradxanlı imzatoplama prosesində heç bir qanun pozuntusu ilə üzləşmədiyini, bütün əngəllərin bundan sonra başladığını vurğulayıb: "Tam məsuliyyətlə sizə bildirirəm ki, 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən 3 dəfə deputat seçilmiş Eldar Quliyev Azərbaycan dövlətinə qarşı sabotajla məşğul olur. O, bizim tərəfdarlarımızın getdikcə artdığını görüb təşvişə düşdü. Bütün inzibati resursları bizə qarşı səfərbər edib. Hətta bizə seçki qərargahı üçün ofis kirayələməyə imkan vermədi, dairə ərazisində bütün qurumlara basqı göstərdi. Hazırda dəhşətli vəziyyətlə üzləşmişik. Mənim tərəfdarlarımla çay içdiyim kafeyə polis əməkdaşları gələrək guya dövlət əlehinə fəaliyyətlə məşğul olduğumuzu bildiriblər. Daha sonra Eldar Quliyevin adamları kafenin sahibinə bildiriblər ki, bu obyektin daşı-daş üstə qalmayacaq..."
Aygün Muradxanlının müraciətinin tam mətni ilə aşağıdakı video meterialda tanış ola bilərsiniz:
Bu xəbər üçün şərh yazın