DƏNİZ NEFTÇİLƏRİ «XƏZƏRİAŞƏ»NİN ƏLİNDƏN NİYƏ YANIQLIDIR?

DƏNİZ NEFTÇİLƏRİ «XƏZƏRİAŞƏ»NİN ƏLİNDƏN NİYƏ YANIQLIDIR? 

…Yumor qarışıq bir məsəl var:

 «Əvvəl gödəniyyət, sonra mədəniyyət!». Mətləbə keçək:  qarnı tox olmayan qul üzə qayıdar! Dəniz neftçiləri də eləcə. Onlar çalışdıqları və alın təri axıtdıqları işin müqabilində sosial rahatlıq, keyfiyyətli ərzaq təminatı tələb edirlər. Çünki onlardan iş-plan tələb edənlərdən də onların bu təminatı tələb etmələri təbiidir! Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı dəniz neftçilərinin ictimai müdafiəçisi olaraq problemlərinə həssas yanaşır. Amma elə problemlər də var ki, deməklə düzəlmir, bəzən yazmaq və tələb etmək lazım gəlir.

M.Qəhrəmanlının «Təzadlar»a açıqlaması bu dəfə ciddi bir problemlə bağlıdır. Deyir:

- Mənə az qala hər gün onlarla şikayətlər daxil olur, onların ən azı yarısı «Xəzəriaşə»nin fəaliyyəti ilə bağlıdır. Məsələn, bircə fakt: neftçilərdən biri yazır: «Hörmətli Mirvari xanım! Bildiyiniz kimi, uzun illərdən sonra neftçilərə çox müasir tipli, 120 nəfərlik sərnişin gəmisi verilmişdir. İnanın ki, neftçilərin sevincinin həddi- hüdudu yox idi. Lakin çox təəssüflə vurğulayıram ki, son zamanlar Neft daşlarında “Xəzər iaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının müdiri Akif Əhmədov ilə «Neft daşları» NQÇİ-nin rəisi Balaəli Cəfərov qarşılıqlı anlaşmaya gələrək, yüklərin daşınması üçün digər gəmiyə əlavə pul ödəməsinlər deyə, yeməkxanaya daşınacaq yükləri sərnişin gəmisinə bir neçə dəmir konteynerə yığaraq yukləyirlər. Beləliklə, bir bəlaya düşmüşük: Akif Əhmədov oğlunu burada işə götürüb, bütün işləri oğlu idarə edir… Nəticədə, neftçi sərnişinlər həm işə gedəndə, həm də işdən qayıdanda gəminin içində bir neçə saat gözləməli olurlar ki, Akifin (oğlunun) yüklərinin daşınması nə zaman bitəcək. Nəzərinizə çatdırım ki, gəmi heyəti də bundan çox narazıdır. Hətta bildirirlər ki, Qara Qarayev gəmisi öncə BP şirkətində fəaliyyət göstərdi, orada belə hallara qətiyyən yolverilməzdi. İndi Sizdən xahiş edirik, «Azneft» İB-nin direktoruna və direktor müavini  İkram Qurbanova deyin, «Xəzəriaşə»dən və  “Xəzəriaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının müdiri Akif Əhmədovdan şikayətlər davam edir, tədbir görsünlər. Neyləyək, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edək ki, Azərbaycanın üzünü dünyada ağ edən biz «qara qızıl» çıxaranlarını dənizdə də bezdiriblər!?

*** 

(İki gün əvvəl Balaəli Cəfərov da mükafat alıb)

M.Qəhrəmanlı sualımızı da cavablandırdı:

-Mirvari xanım, bu şikayət əsaslıdırmı?

-Əlbəttə… Sərnişin gəmisinə saatlarla ləngidib ərzaq daşıtmaq yolverilməzdir…

-Bəs işçiləri Neft Daşlarına aparan Q.Qarayev gəmisinə niyə ərzaq da yüklənilir? Bunu «Azneft», yaxud SOCAR rəhbərliyi bilmirmi?

-Bilməyə bilməzlər. Amma niyə tədbir görülmür, bu bizi də ciddi narahat edir. Gözümü açandan Akif Əhmədovu yeməkxananın müdiri görürəm. Olsun! Amma belə sahədə təcrübəsi olan şəxs niyə yeməklərin keyfiyyətinə fikir vermir? Mənə daxil olan şikayətlərdən o bəllidir ki, keyfiyyət yenə əvvəlki səviyyədədir, menyü (işçilər üçün nəzərdə tutulan) fərqlidir. Rəhbər işçilərə başqa, fəhlələrə başqa… Niyə Neft Daşlarında yerləşən mağazalarındakı qiymət sahildəkindən kəskin fərqlidir? İndi neftçilər onlara içərisində yeməkxana olan yeni böyük gəminin ayrılacağından narahatdırlar. Bildiyim qədər, artıq buna hazırlıq gedir. Hamı yazır ki, «Xəzəriaşə» cibimizi soyacaq yenə.

-Niyə bu şikayətlər məhz Sizə daxil olur?

-Haqlı sualdır… Bu suallar SOCAR-a və «Azneft» Birliyinə getməlidir. Deməli, tədbir görülmür deyə, şikayətlər ünvanı dəyişir… Məsələ ondadır ki, «Xəzəriaşə»dən gələn şikayətləri «Azneft»dən yoxlamaq üçün Neft Daşlarına gedəcək vəzifəli şəxslər bu haqda düşünərkən, artıq yerlərdə, yəni Neft daşlarında bərk hazırlıq görülür. Yeməkxanalarda, mağazalarda gedən hazırlıqlardan isə neftçilər anlayır ki, yoxlama gəlir. Yəni, lap yuxarıda, ortada və rəhbərliyin yanında xəbər sızdıran var. «Xəzəriaşə»nin sahibi kimdir (əvvəlkini də, indikini də) və kimin adından istifadə edirlər, onu da bilirəm. Ancaq kimin adından istifadə etdiklərini həmin rəhbər şəxs bilsə, dədələrini yandıracaq. Onu da deyim ki, artıq biz müstəqil olaraq araşdırma aparırıq, nəticəni oxuculara və ictimaiyyətlə bölüşəcəyik!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi