Deputat 30 illik sükutu pozdu-

Deputat 30 illik sükutu pozdu- Madər Musayev 7-ci dəfə Milli Məclisdə təmsil olunmaq istəyir?

Necə qan ağlamasın daş bu gün ki, 30 ilə yaxın sükutdan sonra deputat Madər Musayev Milli Məclisdə danışmamasına bəraət qazandırır.

 Danışmaması bir yana, hələ bir adam durub 30 il müddətində “ağzına su alıb susması”na elmi kəşf edirmiş kimi ictimai rəydə haqq da qazandırır. Sitat: “İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil, amma onda da danışırlar. Həvəskardırlar danışmağa. Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki, zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm”.

Göründüyü kimi, Madər Musayev harda, nə zaman danışmaq ilə “danışmağın” fərqinə varmadan özünə bəraət qazandırır. O, fransız mənşəli “parlament” sözünün tərcümədə “danışmaq” demək olduğunu da unudur. Bununla da, Madər Musayev heç fikirləşmir ki, 30 ilə yaxın müddətdə o zəruri dövlət məsələsi mövqeyindən 10 qanun maddəsinin  qəbulunda iştirak etmədimi ki, hər bir qanuna öz təkliflərini versin?! Eləcə də Hacı Madər Musayev  yaşadığı Binəqədi rayonundan namizədliyini irəli sürüb və hər dəfə də indiki adla desək, millət vəkili seçilməyə nail olub.Görəsən, indiyə kimi qəbul olunan qanunların heç biri seçildiyi ərazidəki  sakinlərin iradəsinə uyğun olmayıbmı ki,o yaddaşlarda  “lal deputat”, bacarıqsız ictimai-siyasi xadim kimi qalmağa üstünlük verib?!

Hesab edirik ki,Milli Məclisdə “mürgü” döyməkdənsə, bacarmadığı sahədə vaxt itirməkdənsə, bütün qüvvəsini, imkanını öz biznesini bir qədər də genişləndirməyə, indikindən də artıq xeyriyyə işləri görməyə, messanatlığı ilə ad qazanan Hacı Zeynalabdin Tağıyevin davamçısı kimi tarixə düşməyə çalışmaq daha məqsədəuyğun olardı.

 Yox o, fikirində israrlıdırsa, demək ki, Madər müəllim növbəti parlament seçkilərində 7-ci dəfə namizəd olub,növbəti dəfə Milli Məclisə seçilmək istəyir.Çünki,deputat lazım gələndə danışacağını müsahibəsində bəyan edirsə,demək o 7-ci dəfə deputat seçilmək istəyir ki,danışsın.Axı,hazırkı deputatlıq müddətinin sona çatmasına da çox qalmayıb,bəs o nə vaxt danışacaq?

Görünür, məlum müsahibəsini də o səbəbdən verib ki, ona jurnalistlər tərəfindən bu istiqamətdə “basqı” olmasın, irad bildirilməsin. Bu isə mümkünsüz bir məsələdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi