Deputat Cavanşir Feyziyevin sürücüsü qadını vurub öldürdü-

Deputat Cavanşir Feyziyevin sürücüsü qadını vurub öldürdü- Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın...

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlunun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin “Avromed” MMC-yə məxsus olduğu üzə çıxıb.

Belə ki, lüks avtomobil Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərid Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub.

Xatırladaq ki, sözügedən şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. Bəzi məlumatlara görə, Fərid Abbasob elə deputatın sürücüsüdür.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi