Deputat Eldar Quliyevin kürəkənindən Mehriban Əliyevaya şikayət olundu-

Deputat Eldar Quliyevin kürəkənindən Mehriban Əliyevaya şikayət olundu- 14 ildir ki,"Kapitol" firmasının vandallığına...

“Kapitol” firmasının qanunsuz əməllərini məhkəmə ört-basdır edir.

Zəngilan rayonundan məcburi köçkün, Bakı şəhəri, Nizami rayonu,B.Çobanzadə küçəsi, ev 27, mənzil 38 ünvanında kirayədə yaşayan Sadıqova Zərqələm Məhəmməd qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Mehriban xanım!

14 ildir ki, "Kapitol" firmasının (Abbas Səfərov) vandallığına məruz qalmış ailə üzvlərimizin sonsuz şikayətlərinin möhtərəm Prezidentimizə və Sizə çatacağı ümidi ilə etdiyimiz müraciətlərin qarşısı Abbas Səfərovun dövlət orqanlarında yüksək vəzifələrdə işləyən həmyerliləri tərəfindən alını.

Dövlət balansındakı torpaq sahəsində 1995-ci ildə məcburi köçkün kimi məskunlaşdığımız Nəsimi rayonu, Kərpiç küçəsi 43 ünvanında yerləşən yaşayış sahəsi 2005-ci ildə kommersiya məqsədilə yaşayış binası inşa edən "Kapitol" firması (Abbas Səfərov) tərəfindən dağıdılmış, 2009-cu il noyabr ayında isə "evimizin təmir edilməsi üçün" aramızda bağlanmış öhdəçilik müqaviləsinə və deputat N.Məhəməliyevin Nəsimi RİH-nin başçısı işlədiy vaxt onun göstərişi ilə RİH-nin baş mühəndisinin iştirakı ilə tərtib olunmuş Akt əsasında "Kapitol" firması ailə üzvlərimizi R.Behbudov 73, mənzil 4 ünvanında kirayələdiyi evə köçürdərək, evimizi yerindən qazıb atmış, 6 ay kirayə pulu verdikdən sonra evimizi tikməkdən və kirayə pulu verməkdən imtina etmişdir.

2011-ci il fevral ayında Xətai rayon Məhkəməsində "dəymiş zərərin ödənilməsi ilə bağl" qaldırdığımız iddia 20.10.2011-ci il tarixli, 2(011)-1481/2011 saylı qətnamə ilə qismən təmin edildi. 06.09.2013-cü il tarixdə Nəsimi rayon icra şöbəsində icraatına başlanılan, müəyyən hissədə icra olunan icra sənədinin "ailə üzvlərimizin "Kapitol" firması tərəfindən yaşayış sahəsi ilə təmin edilməsinə dair" hissəsinə izah verilməsi barədəki "Kapitol" firmasının absurd iddiası 18.09.2014-cü il tarixdə 1saylı Bakı İİ.Məhkəməsinin keçmiş hakimi M.Bayramovun (hazırda isə Kürdəmir rayon Məhkəməsinin sədridir) çıxardığı qanunazidd qərardadla təmin olunaraq, icra sənədinin "yaşayış sahəsi ilə bağlı" bəndinə izah verilmədən icrası mümkünsüz sayılmışdır.

Xətai rayon Məhkəməsinin 17.02.2015-ci il tarixli izahla bağlı qərarı Bakı Apellyasiya Məhkəməsinin 16.04.2015-ci il tarixli qərardadıyla qüvvəsində saxlanılsa da, "Kapitol" firmasının Apellyasiya Məhkəməsində "iştirak etmədiyi" (bu, Firmanın manipulyasiyası idi) əsas gətirilərək, Ali Məhkəmənin 08.07.2015-ci il tarixli müəmmalı qərarıyla ləğv edilmişdir.

İzahla bağlı son olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi E.Nəbiyevin sədrliyi ilə çıxarılan 15.02.2015-ci il tarixli, 2(103)-6156/2015 saylı qanunazidd qərardadla, icra sənədinin "ailə üzvlərimizin Bakı şəhəri, Nəsimi rayonunda iki otaqlı yaşayış sahəsi ilə təmin olunması vəzifəsi "Kapitol" firmasının üzərinə qoyulmuş" hissəsinə, “Müvafiq icra hakimiyyəti orqanı onları başqa yaşayış sahəsi ilə (mənzillə) təmin edənə qədər Zərqələm Sadıqova ailə üzvləri ilə birlikdə əvvəllər məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 43 ünvanı ərazisində yaşayış üçün yararlı və zəruri olan su, kanalizasiya, istilik, elektrik enerjisi ilə təchiz olunmuş, sahəsi 37,44 kv.m-dən az olmayan 2 (iki) otaqlı yaşayış sahəsinin (mənzilin) əvəzsiz istifadəsinə verilməsinin təmin edilməsi vəzifəsi “Kapitol” firmasının üzərinə qoyulsun” kimi izah verərək, Xətai rayon Məhkəməsinin məlum Qətnaməsinin mahiyyəti dəyişdirilmiş və "Kapitol" firmasının (A.Səfərovun) bədəlini İcra Hakimiyyəti Orqanlarının üzərinə qoymuşdur.

Hakim M.Bayramovun bir il əvvəl icraatına başlanmış icra sənədini izaha yönəltməsi və hakim E.Nəbiyevin ailə üzvlərimizin dövlət balansındakı torpaq sahəsində məskunlaşdığı ərazini dələduzluqla zəbt edən "Kapitol" firmasının (sahibi A.Səfərovun) vurduğu zərəri dövlətin üzərinə yönəltməsi, açıq-aşkar ciddi qanun pozuntusudur.

Ədliyyə Nazirliyində 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş hakimi M.Bayramovun qanunazidd qərardadı ilə izaha yönəldilmiş Xətai rayon Məhkəməsinin 20.10.2011-ci il tarixli icra sənədinə Bakı Apellyasiya Məhkəməsinin hakimi E.Nəbiyevin çıxardığı qanunazidd qərardadla "Kapitol" firmasının (sahibi A.Səfərovun) vurduğu zərərin Dövlətin üzərinə yönəldilməsi istiqamətində müxtəlif variantlar hazırlanır.

Ədliyyə Nazirliyinin İcra baş İdarəsində bizə açıq-aşkar deyirlər ki, MƏCBURİ KÖÇKÜNLƏR SON KATEQORİYALI sinfə mənsub olduğundan, Bakı şəhərində nə torpağa, nə də hər hansı əmlaka sahib ola bilməzlər. Bu səbəbdən, ailəmizə qarşı etdiyi rəzalətdə Abbas Səfərov tam haqlıdır.

Məlumdur ki, sosial ayrı-seçkilik zəminində baş verən qanun pozuntusunun bərpası QANUNLA təmin edilmirsə, bu, vətəndaşların dövlətdən üz döndərməsinə səbəb olur. Bunun da bilavasitə günahkarları məhz A.Səfərov kimilərinin qanunazidd əməllərini rüşvət qarşılığında himayə edən dövlət məmurlarıdır.

06.09.2013-cü il tarixdən Nəsimi rayon icra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 20.10.2011-ci il tarixli icra sənədindən icraatını yanlış istiqamətə yönləndirmək və süründürmək məqsədilə yuxarı təşkilatın razılığı əsasında Nəsimi rayon icra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyevlə Firmanın sahibi A.Səfərovun hazırladığı xüsusi planla icraat 2019-cu il yanvar ayında Xəzər rayon icra və probasiya şöbəsinə “sürgün edildi”. Xəzər rayon icra və probasiya şöbəsində icraata başlansa da, Ədliyyə Nazirliyinin İcra baş İdarəsinin göstərişi ilə icraat dayandırılmış, 70 yaşlı doğma anası Qibləliyevanı tamahkarlığına qurban verərək AR.CM-nin 306.2-ci maddəsilə məhkum etdirən Abbas Səfərovun sahibi olduğu "Kapitol" firmasının qanunazidd hərəkətlərinin müdafiəsi üçün dövlət məmurları səfərbər olmuşlar.

Картинки по запросу Abbas Səfərov

Qeyd edim ki, "Kapitol" MTK-nın və "Kapitol" firmasının sahibi Abbas Səfərov, 2015-ci ilin başlandığıcında Milli Məclisin deputatı Eldar Quliyevin qızı ilə ailə qurduqdan sonra, dövlət orqanlarındakı dolaşıq işləri qaydasına düşməyə və daha da yolunu azmasına səbəb oldu. Məhz bu böyük qüvvənin himayəsinin nəticəsidir ki, Abbas Səfərovun dili ilə desək, o, heç kimdən və heç nədən qorxub-çəkinmir.

Hörmətli Mehriban xanım!

Xətai rayon Məhkəməsinin 2(011)-1481/2011 saylı icra sənədini süründürmək və icraatı mümkünsüz hala gətirmək məqsədilə qurulmuş gizli planlarla yanvar 2019-cu il tarixdə Xəzər rayon icra və probasiya şöbəsinə dəyişdirilərək, "ailə üzvlərimizin 2 otaqlı yaşayış sahəsi ilə təmin olunması barədə "Kapitol" firmasının üzərinə qoyulmuş vəzifənin" icraatına qərəzli müdaxilələrə və məcburi köçkün olan ailə üzvlərimizin hüquqlarının pozulmasına son qoyulmasını nəzarətə götürməyinizi və ölkəmizdə hüzur içində və təhlükəsiz yaşamağımızın təmin edilməsinə yardım etməyinizi Sizdən xahiş edirik”.

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edəcək. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi