Deputat Könül Nurullayeva bu rəhbər şəxslərə təşəkkürünü bildirdi- Daha bir problem həllini tapdı-FOTOLAR
Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi 4 ünvanında yaşayan bir qrup vətəndaşın istifadə etdiyi kanalizasiya xətlərinin təmizlənməsi və məhəllələrinin abadlaşdırılması ilə bağlı problemi öz həllini tapıb.
Belə ki, qəsəbə sakinləri 24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayevaya ərizə ilə müraciət etmiş, onları narahat edən məsələ millət vəkili tərəfindən aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanmışdır.
Nəticə olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sözügedən məhəllədə mövcud kanalizasiya quyuları və xətləri təmizlənmişdir. Daha sonra isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəsmilərinin göstərişi əsasında təqribən 800 kvadrat metrlik əraziyə asfalt örtüyü döşənmişdir. Bundan əlavə, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həmin məhəllədə abadlıq işləri aparılmışdır.
Faktinfo.az xəbər verir ki, millət vəkili Könül Nurullayeva öz növbəsində vətəndaşlarımızı narahat edən bu məsələnin həllində göstərdiyi köməyə görə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, habelə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Bu xəbər üçün şərh yazın