Deputat oğlu idmançıların maaşlarını ödəmir
Daha bir federasiya maliyyə problemləri səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzədir.
Millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüqar Xəlilov rəhbəri olduğu Azərbaycan Futnet Assosiasiyasının (AFNA) fəaliyyətini dayandıra bilər.
Belə ki, bir müddətdir qurum idmançıların maaşlarını ödəmir. Hazırda vəziyyət o yerə çatıb ki, federasiyada qadınlardan ibarət milli komanda fəaliyyət göstərmir. Kişlərdən ibarət yığmada isə cəmi 3 idmançı – Namiq İsgəndərov, Səyyar Hüseynov və Amid Nəzərov var.
Qurum daxilindən aldığımız məlumata görə, deputat oğlu federasiya ilə maraqlanmır. Hətta bu günə kimi, cəmi 2-3 dəfə quruma gəlib . İş o yerə çatıb ki, federasiyanın saytı (www.afna.az) da fəaliyyətini dayandırıb.
Xatırladaq ki, AFNA ötən ilin mart ayında yaradılıb.Unikal.org
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın