Deputat Vahid Əhmədov:"Haqlıdır, Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki..."
Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşündə xarici işlər naziri Elmar Məmmədyarovun ana dilində anlaşılmaz çıxışı hələ də sosial şəbəkədə əsas müzakirə mövzusudur.
Geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.
Vahid Əhmədov Elmar Məmmədyarova qarşı səsləndilən fikirlərlə razı olmadığını qeyd edib: “Elmar Məmmədyarov bir çox xarici dilləri bilir. Ola bilər ki, məhz bu səbəbdən Elmar müəllimin ana dilində danışmasında müəyyən nöqsanlar olsun. Əsas odur ki, Elmar Məmmədyarov vətənpərvər insandır. Peşəkar siyasətçidir. Mən ona qarşı səsləndirlən fikirlərlə razı deyiləm”.
V.Əhmədov Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovun açıqlaması ilə tanış olduğunu bildirib: “Məhərrəm müəllim çox haqlı olaraq qeyd edib ki, Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki… Mən onun bu fikirləri ilə razıyam”.
Bu xəbər üçün şərh yazın