Deputatlar jurnalist Mətin Yaşaroğlunun müdafiəsinə qalxdı: "Buna məhz təzyiq kimi qiymət vermək lazımdır”
Deputatlar ermənilərin təzyiqinə məruz qalan Fuad Abbasov və Mətin Yaşaroğlunun hüquqlarının dövlət səviyyəsində müdafiə olunmasını qaldırıb.
Milli Məclisin deputatı Fazil Mustafa bu gün parlamentdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, son dövrlərdə Rusiyada ermənilər tərəfindən azərbaycanlı jurnalistlərin təqibə məruz qalması müşahidə olunur.
“Bu gün Fuad Abbasov, Mətin Yaşaroğlu belə təzyiqlərə məruz qalırlar. Bu, bir daha sübut edir ki, ermənilər məqsədyönlü şəkildə aktiv azərbaycanlılara qarşı mübarizə aparır. Buna məhz təzyiq kimi qiymət vermək lazımdır”,- F. Mustafa qeyd edib.
O əlavə edib ki, istər çeçen məsələsində, istərsə də digər məsələlərdə erməni əlinin olduğunu görmək mümkündür.
“Ona görə də biz ermənilərin bu fəaliyyətini zərərsizləşdirmək istiqamətində işlər görməliyik. Bu məsələdə Ombudsmanın rolu daha böyük ola bilər. Elmira Süleymanova Rusiya Ombudsmanı ilə əlaqə saxlayıb bu msələlərin həllinə nail olmalıdır”,- deputat bildiirb.
Deputat Qüdrət Həsənquliyev və Əflatun Amaşov da Fazil Mustafanın bu fikrini dəstəkləyərək, Ombudsmanın bu məsələni araşdıraraq, adekvat addımlar atmasını təkliflər veriblər.
Qənirə Paşayeva da hər iki jurnalistlə bağlı narahatlığını ifadə edib/Avropa.info
Bu xəbər üçün şərh yazın