Deputatlar növbədənkənar parlament seçkiləri istədilər - Milli Məclis buraxıldı
Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
Layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.
Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib.
Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.
Səsvermədən sonra spiker Oqtay Əsədov deyib ki, Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər. /Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın