Donetskdə xəstəxanalar yaralı əsgərlərlə doludur
Donetsk vilayətində, xüsusən Avdeyevski istiqamətində Rusiyanın itkiləri artır. Donetskdə və digər işğal olunmuş yaşayış məntəqələrində xəstəxanalar yaralı ruslarla doludur.
Bu barədə Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupun bildirib.
"Donetskdə və yaxınlıqdakı yaşayış məntəqələrində tibb müəssisələri yaralı düşmən əsgərləri ilə doludur. Böyük itkilər barədə xəbər tutan işğalçılar isə çoxlu sayda ölü və yaralıya baxaraq, döyüşə getməkdən imtina etməyə başlayıblar. Ardıcıl üçüncü gündür ki, canlı qüvvə itkilərinin artması tendensiyası müşahidə olunur”, - spiker bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın