DOST 1 milyon manata ofis icarəyə götürür
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Faktinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsiylə bağlı tenderin qalibi Səfərova Sahibə Paşa qızı olub. DOST Sahibə Səfərovaya məxsus qeyri yaşayış sahəsini 17 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik (ayda 57 min 58 manat) ödəyəcək.
Onu da bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini yüksək məbləğlərlə icarəyə götürürlər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın