Dövlət Görmük Komitəsi sorğuya cavab vermir-

Dövlət Görmük Komitəsi sorğuya cavab vermir- Salyanlı iş adamının oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozub-İDDİA

Dövlət Görmük Komitəsinin gənc əməkdaşı, salyanlı iş adamı Oqtay Abuzərlinin oğlu Xalid Abuzərli Yol Polisi əməkdaşları tərəfindən içkili vəziyyətdə saxlanılıb.

Demokrat.az xəbər verir ki,Xalid Abuzərli 9 iyun 2021-ci il tarixində Yasamal rayonu ərazisində içkili halda saxlanılıb və 400 manat məbləğində cərimələnib.


Məlumata görə, Xalid Abuzərli 99-LJ-900 dövlət nömrə nişanlı son model “Toyota Camry” avtomobili ilə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 


Prezident İlham Əliyev imkanlı şəxslərin, məmur övladlarının özbaşınalıqlarına son qoyulması barədə dəfələrlə xəbərdarlıqlar edib: 


“Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Ancaq görünür, bir çoxları Prezidentin xəbərdarlıqların nəticə çıxarmaq niyyətində deyil. 


Qeyd edək ki, Xalid Abuzərlinin təm-təraqlı və harın həyat tərzi ilə bağlı dəfələlərlə materiallar dərc olunub. 


Hətta, Xalid Abuzərlinin özünün sosial şəbəkələrdə paylaşdığı bahalı maşınlar (hamısı eyni nömrə ilə) və eyş-işrət dolu həyat tərzi ilə bağlı yanvar ayının 17-də Dövlət Gömrük Komitəsinə sorğu da göndərmişik. Çox təəssüf ki, Gömrük Komitəsi 2 həftə ərzində susmağa üstünlük verib. 


Komitənin mətbuat katibi Natiq Axundovla dəfələrlə əlaqə saxlasaq da, o, müxtəlif üsullarla sorğumuza cavab verməkdən yayınıb. Belə çıxır ki, Gömrük Komitəsinin rəhbərliyi harın həyat tərzi keçirən Xalid Abuzərlinin qarşısında aciz qalıb. Yaxud da Xalid Abuzərlinin atası Oqtay Abuzərli ilə Komitə arasında hansısa “dərin münasibətlər” mövcuddur. Əgər belə olmasaydı, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və şəxsən Səfər Mehdiyev Dövlət başçısının iradəsinə qarşı çıxmazdı və qaydaları pozan, içkili halda maşın idarə edən əməkdaşını cəzalandırardı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi