Dövlət qurumlarının ofislərə görə ödədikləri vəsaitlər nə dərəcədə bazar dəyərləndirməsinə uyğundur?
"Belə anlaşılır ki,son illər dövlət qurumları əldə etdikləri gəlirləri və ya dövlət vəsaitlərini nəğdiləşdirməyin yollarından biri kimi yüksək məbləğə ofis icarələməyə üstünlük verirlər.
Demək, bu tendensiya nazirliklərə tabe əksər qrumlarda baş verir və icarədara köçürülən vəsaitlərə dair tərəflər arasında "sövdələşmə" müəyyən şübhələrə yol açır.Yəni bazar dəyərləndirməsi ilə uyğunsuzluqlar müşahidə olunur.
Faktinfo.az bildirir ki,geniş yayılmış belə əməliyyatların həyata keçirilməsinə dair məlumatlar mətbuatda yayımlanarkən, bəzən icarəyə verən fiziki şəxs,sahibkar haqqında açıq mənbələrdə heç bir məlumatın olmadığı da müəyyənləşir.Belə nümunələr isə kifayət qədərdir.
Xatırladaq ki,bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis icarəyə götürüb.
Qaynarinfo.az-ın xəbərinə görə, bununla bağlı DSMF fərdi sahibkar Almaz Hacı qızı Hüseynova ilə müqavilə imzalayıb.
Qurum ofis üçün 36 aya 986 040 AZN icarə haqqı ödəyəcək. Bu halda bir ay üçün icarə haqqı 27 390 AZN-ə düşür.
DSMF ötən il Almaz Hüseynovadan 9 ay müddətinə də icarəyə ofis götürüb. Bu müddət üçün icarə haqqı 240 702 AZN təşkil edib.Sonda sayt onu da qeyd edir ki,ötən illə müqayisədə icarədar icarə haqqını 645 AZN artırıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın