Dünya iqtisadiyyatı risklərlə üz-üzə- ABŞ-da xəzinə istiqrazlarının sərt şəkildə yüksəlişi investorları...
ABŞ iqtisadiyyatında təhlükəli tendensiya müşahidə edilir.
Faktinfo.az Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-da xəzinə istiqrazlarının sərt şəkildə yüksəlişi investorları təşvişə salıb, bundan əlavə birjada bir çox ölkənin pul vahidlərində azalma sezilib.
2008-ci ildən bu günə qədər ilk dəfə istiqraz faizləri 3 faiz artıb. Bu isə ABŞ iqtisadiyyatının gələcəyi üçün mənfi hal kimi qiymətləndirilir.
Ən böyük Amerika banklarından olan "Morqan Stenli"nin hesabatına görə, əgər 10 illik borc kağızlarının gəlirlilik nisbəti 3,05 faizi keçərsə, bazarlarda ümumi tənəzzül meydana gələcək.
Faktinfo.az onu da bildirir ki, bu informasiyalar davamlı olarsa,o cümlədən 10 illik borc kağızlarının gəlirlilik nisbəti 3,05 faizi keçərsə, bazarlarda neftin qiymətində yenidən ucuzlaşma müşahidə ediləcək, dollar neft qiymətlərinin ucuzlaşması fonunda bahalaşmayacaq,dünya iqtisadiyyatında bir müddət durğunluq müşahidə ediləcək.
Bu xəbər üçün şərh yazın