Dünyanın 100 unikal insanından biri: “Mən rentgen kimi görürəm” - VİDEO
“İnsan anatomiyasını 1 millimetrədək görə bilirəm. Biloloji toxumaları görürəm. İxtisasca həkim olduğum üçün xəstəlikləri dəqiq ayırd edə bilirəm. Mən rentgen kimi görürəm”.
Bunu Report.az-ın Şərqi Avropa bürosuna Ukraynada paytaxt Kiyevdə yaşayan və dünyanın 100 unikal şəxsindən biri elan edilən Viktoriya Çabanenko deyib.
İxtisasca peşəkar həkim olan Viktoriya Çabanenko Zaparojye Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini fərqlənmə diplomu bilə bitirib. Lakin onun iş üslubu digər ənənəvi həkimlərdən fərqlidir. Belə ki, o, artıq 10 ildən çoxdur ki, heç bir texniki dəstək olmadan anadangəlmə unikal bacarıqla insan daxili orqanlarında problemləri dəqiqliklə müəyyən edib müalicəsini həyata keçirir.
"Əvvəlcə öz üsulumilə müayinə aparıram. Diaqnozu müəyyənləşdirdikdən sonra tövsiyələrimi verirəm", - o deyir.
Çabanenko bildirib ki, ona olan xüsusi marağın, xeyli sayda xəstələrin üz tutmasının əsas səbəblərindən də biri odur ki, məsələn, digər ənənəvi mərkəzlərdə, tibbi müayinə aparatlarında tam aşkar olunmayan problemləri o aşkar edib müəyyənləşdirə bilir.
Bu bacarıqlarına görə, beynəlxalq "İNDİGO" tibb mərkəzi onu dünyanın 100 unikal şəxsindən biri elan edib. Ukraynalı həkimin unikal fəaliyyətinin əsas xüsusiyyəti daxili orqanlarda problemi tam dəqiqliklə görə bilməsidir.
Hazırda əsasən Ukraynada və Dubayda fəaliyyət göstərən Çabanenko Azərbaycandan da xeyli insanların bu üsulla dərdinə əlac olub. Viktoriya vurğulayır ki, onun işi ilə heç bir falçı və ya ekstrasensin fəaliyyəti qarışdırıla bilməz. Çünki onlardan fərqli olaraq o, izah etdiklərini gözübağlı yox, orqanizmin daxili üzvlərinin fəaliyyətini müşahidələri ilə izləyir. Həkim Çabanenko onu da bildirib ki, ona artan müraciətlər səbəbindən fəaliyyət dairəsini genişləndirir.
Bu xəbər üçün şərh yazın