DYP hərəkətə keçdi: nəvəni vurub, babanı döyən...
Paytaxtın Qaraçuxur qəsəbəsində velosipedlə yolu keçən uşağı vurduqdan sonra onun babası ilə mübahisə edən sürücü barəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həyəcan siqnalı verib.
Bu sözləri Axar.az-a açıqlama verən DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O bildirib ki, sözügedən hadisə ilə bağlı idarəyə hələlik heç bir informasiya daxil olmayıb:
“Bununla bağlı araşdırmanı başlamaq üçün hələlik əlimizdə elə bir məlumat yoxdur. Əgər fakt öz təsdiqini taparsa, velosiped sürən şəxslə bağlı lazımi sənədlər toplanmalı, xəsarətin dərəcəsi müəyyənləşdirilməlidir. Yol nəqliyyat hadisəsinin nədən baş verməsi sübut edilməli və bundan sonra Yol Hərəkəti haqqında Qanunun tələbləri kim tərəfindən pozulubsa, o, müvafiq məsuliyyətə cəlb edilməlidir”.
Qeyd edək ki, ötən gün Qaraçuxur qəsəbəsində velosipedlə yolu keçən uşağı vurduqdan sonra onun babası ilə mübahisə edən sürücünün görüntüləri yayılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın