Dünyanın ən yaşlı sakini 146 yaşında dünyasını dəyişdi
İndoneziyanın Yava adasında planetin ən yaşlı sakini olduğu ehtimal edilən Sodimejo adlı kişi 146 yaşında dünyasını dəyişib.
BBC telekanalı xəbər verir ki, keçən il İndoneziyanın Yava adasının Sargen rayonunun əhalinin siyahıya alınması və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsi (Disdukcapil) yerli sakin Sodimejoya verilən daxili şəxsiyyət vəsiqəsinin doğruluğunu təsdiqləyib. Sənəddə onun 1870-ci il dekabrın 31-də anadan olduğu göstərilir.
Lakin telekanal İndoneziyada doğum aktlarının 1900-cu ildən etibarən qeydiyyata alındığını və bu səbəbdən həmin ildən erkən doğulan insanların yaşını dəqiq müəyyən etməyin mümkün olmadığını qeyd edir.
Əgər onun yaşı bitərəf ekspertlər tərəfindən təsdiqlənsəydi 3 əsrdə yaşamağa müvəffəq olan Sodimejo rəsmən dünyanın ən yaşlı sakini sayılacaqdı.
“Qoto baba” kimi tanınan Sodimejo 10 qardaşından, 4 arvadından və bütün övladlarından çox ömür sürüb.
Bu xəbər üçün şərh yazın