ƏƏSMN-də yeni dəyişikliklər- İki nazir müavini təyin olundu
Prezident İlham Əliyev bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə bağlı sərəncamlar imzlalayıb.
Sərəncama əsasən Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Prezident İlham Əliyev, həmçinin Anar Rəhim oğlu Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Vüsal Nəsirli ilə Anar Əliyev həmin nazirlikdə nazir müşaviri olublar. Anar Əliyev, eyni zamanda, aparat rəhbəri vəzifıəsini icra edirdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın