“Əgər müsəlmanlar pivə istəsə, liberal yanaş"- Putin
Rusiya lideri Vladimir Putinin başçılığı ilə Kalininqradda keçirilən “Rusiya – 2018” adlı iclasda maraqlı dialoq yaşanıb.
Tatarıstan rəhbəri Rüstəm Minnixanov futbol üzrə dünya çempionatı ərəfəsində 89 milyon rubl dəyərində pivənin satıldığını bildirib.
“Buna nəzər yetirmənizi xahiş edərdim. Əvvəla, ona görə ki, kişilər pivəni sevir. Əlbəttə, müsəlmanlara “Buyur, pivə...” demək utancvericidir. Lakin pravoslav qardaşlarımızın qeydinə qalıram”, - deyə Minnixanov pivənin stadionlarda satılması üçün icazənin verilməsini Putindən xahiş edib.
Putin də öz növbəsində, “Əgər müsəlmanlar pivə istəsə, liberal yanaş. Baxarıq”, - deyə vurğulayıb.
Qeyd edək ki, Rusiya qanunlarına görə, futbol stadionlarında spirtli içkilərin satılması qadağandır.Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın