Əgər qarğıdalı yesəz...

Əgər qarğıdalı yesəz... 

Faktinfo.az qarğıdalının faydalarını təqdim edir:

1. Qarğıdalının iştahanı azaltmaq və insanı uzun müddət ərzində tox saxlamaq xassəsinə malik unikal xüsusiyyəti var. Bu xüsusiyyətə görə qarğıdalı arıqlamağa kömək edir.

2. Qarğıdalı qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir, qəbizliyin qarşısını alır. Həmçinin qidalı liflərlə zəngin olan məhsullar bağırsaq xərçənginin inkişafı riskini azaldır.

3. Qarğıdalı E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin güclü antioksidantdır, qocalmanı ləngidir, insanın cinsiyyət sisteminin fəaliyyətini normallaşdırır, dərinin vəziyyətini yaxşılaşdırır.

5. Qarğıdalı ürək-damar sistemi üçün də faydalı sayılır . Bu tərəvəz qanda pis xolesterolun səviyyəsini aşağı salır. Damarlarda yığılan xolesterol aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz isə bütün dünyada ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbi sayılır.

6. B qrupu vitaminləri qarğıdalını sinir sistemi üçün çox faydalı edir.

7. Qarğıdalı dişlərin sağlamlığını qoruyur.

8. Əvəzolunmaz yağlı turşularla zəngin olan qarğıdalı beyinin sağlamlığını qoruyur, birinci növbədə insultun riskini azaldır, damarları möhkəm və elastik saxlayır. 

Şirvan Balabəyli

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi