Əhalisi sağlam olan ölkələr hansılardır? –Sağlamlıq reytinqi açıqlandı
Bloomberg.com əhalinin sağlamlığı üzrə reytinq açıqlayıb.
Novator.az-ın məlumatına görə, reytinq Dünya Səhiyyə Təşkilatının, BMT-nin məskunlaşma şöbəsinin və Dünya Bankının statistikaları əsasında tərtib olunub. Sıralama müxtəlif faktorlara və risklərə, əsasən orta ömür uzunluğu, sanitar və ekoloji vəziyyət, əhalinin tibbi xidmətə və təmiz suya əlçatanlığı kimi meyarlara, siqaretdən istifadə edənlərin, habelə piylənmədən əziyyət çəkənlərin sayına əsaslanır.
Ən sağlam ölkə olaraq İspaniya göstərilir. İkinci yerdə İtaliya, üçüncü yerdə İslandiya gəlir.
İlk onluqda Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail də yer alır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın