Əhəd Abıyevin yumruqladığı DÖVLƏT SİYASƏTİ... - Daşkəsən çoxdan HALDAN DÜŞÜB...

Əhəd Abıyevin yumruqladığı DÖVLƏT SİYASƏTİ... - Daşkəsən çoxdan HALDAN DÜŞÜB... 

Gün keçdikcə, hazırda Daşkəsənin icra hakimiyyəti binasına sahiblik edən Əhəd Abıyevin idarəçiliyinin olduqca bayağı təfəkkürə və şəxsi maddiyyata dayandığını anlamaq bizim üçün daha da asanlaşır.

Abıyevin hər addımı, hər açıqlaması arxasında gizləndiyi daha bir maskasını yırtır, nəticədə bu icra başçısının nə dərəcədə təkəbbürlü, təhlükəli və aciz simasını da bizlərə göstərir.
Bu adam Milli Məclisdən atılıb dağa qalxandan bəri səfalı Xoşbulaq yaylağını və rayonun ən perspektivli torpaqlarını bələdiyyələrin əli ilə çapıb-talamaqla, əhali-məmur arasında qalmaqallar yaratmaqla, həqiqətlə uyuşmayan siyasi nağıllar danışmaqla, "boksçuyam"-deyib erməni bayrağı əvəzinə şiferdə Kolumbiya dövlətinin bayrağını yumruqlamaqla, tənqidçi jurnalistlərə diş qıcamaqla və yalıncıq jurnalistləri 50 manata ələ almaqla, doğruları yalanlayıb hamıya iftira yaxmaqla məşhurlaşıb.

Daşkəsən 10 ildir ki, məhz Abıyevin yöndəmsiz və faydasız idarəçiliyilə özünün tənəzzül dövrünü yaşayır. Lakin, ucqar dağda sosial-iqtisadi durumun çöküşü - işsizlik, urbanizasiya prosesi, korrupsiya və dağıdıcılıq, məmur dərəbəyliyi, təhsil-səhiyyə-mədəniyyət sferalarında aşınmalar onun vecinə də deyil. Dağın başında ayrım camaatına ağalıq edib varlanmağına davam edən "boksyor başçı" sadəcə öz kürsüsünü qorumağın, utanmadan hər vasitə ilə dəri-qabıqdan çıxaraq özbaşınalıqlarına belə çəpik çaldırmağın, nöqsanlarını malalamağın qoçağıdır.
Mənə görə, Abıyev digər rayonun icra başçılarından da bacarıqsız və fəhimsizdır. Artıq yorulmuş və yola salınmalı olan fiqurdur. Ciddən deyirəm, bu adam ona etimadın yükünü çəkmədən, nə sədədə icra başçısı olduğunun fərqinə varmadan yaşamaqdadır. İllərdir ki, rəhbəri olduğu rayondan daha çox paytaxt Bakıda və Gəncədə görünən birinin uzun müddətə vəzifədə qalmağı başarması da özünün uğuru, şəxsi xarizmasının hədiyyəsi deyil. Bu çoxillik yerindəsayma sadəcə, Bəylər Eyyubov və Cavid Qurbanov kimi ağsaqqal hamilərinin və digər vəzifəli-hörmətli şəxslərin Abıyevə qarşılıqsız jestlərilə bağlıdır. Yəni, Abıyevi püf-püflə qoruyanlar var, yoxsa, özünə qalsa çoxdan kürsüsündən aşırılmalı, dincəlməyə, bəlkə də məhbəsə yola salınmalı idi. Neçə dəfə həbsin astanasından döndüyünü özü də yaxşı bilir. Bu barədə fikirlərim isə Abıyevi daha yaxından tanıyan adamların onun barəsində səsləndirdikləri faktlara da əsaslanır.

Əhəd Abıyev barədə hələ ötən ilin iyulunda "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin ictimailəşdirdiyi informasiyalar daha maraqlıdır və bugünlə səsləşir. Rica edirəm ki, siyasətçinin ciddi ittiham və iddiaları ilə müşaiyət olunan aşağıdakı cümlələri diqqətlə oxuyun. Oliqarx maraqları və himayə sayəsində karyerasına "deputat-icra başçısı" olmağı yazdırmış biri Hacıyevin dilindən görün necə xarakterizə edilirdi:

SİTAT: “Hələ Parlament seçkiləri vaxtı Əhəd Abıyev mənə demişdi ki, Zeynal Nağdalıyev mənə qəti göstəriş verib ki, səni seçilməyə qoymayaq. Maşennikdi Abıyev. Bir dəfə də Gəncədə bir kafedə çörək yeyərkən, cənab Prezidentin ünvanına xoşagəlməz sözlər danışıb, deyib ki, Mehriban Əliyeva, İlham Əliyev düzgün eləmir, məni göndəriblər Daşkəsənə, mən pul vermirəm deyə, məni qoymurlar aşağı rayonlara. Qəbullarına getdim məni qəbul eləmədilər və sair. Ona görə də, deyirəm ki, ən böyük maşennikdi. O, yaylaqları satıb pul eliyib. Onun Bakıda dənizin kənarında olan villasının dəyəri milyonlarladır. O cümlədən, Masallıda tikdirdiyi obyektin, villasının milyonlarla dəyəri var. Əhəd Abıyev hər işində Bəylər müəllimin General B.Eyyubov nəzərdə tutulub-red) adını çəkir, onun adından sui-istifadə edir. Bəylər müəllim çox hörmətli insandır və heç vaxt Əhəd Abıyev kimilərini müdafiə etməz. Əhəd Abıyev kimi icra başçıları Azərbaycana başqaxıncıdır. Dövlətin nüfuzunu bu gün aşağı salanlar icra başçılarıdır. Əhəd Abıyev kimi adam icra başçısı olandan sonra görün işin harasıdır. Şəhid ailəsini, şəhid anasını təhqir edib döymək dövlətə, dövlət başçısının apardığı siyasi xəttə ziddir. İndi də camaatı yığıb təlxək çıxışlar edir, mənim əleyhimə danışır, sonra deyir ki, guya ki, Əli İnsanovu döyübdür və sair. Yalan deyir, heç Əli İnsanovun yanından da keçə bilməz. Mənim haqqımda pis danışmağı ilə deyil ki, hamı bilir Hafiz Hacıyev dövlətinƏ dövlətinin başçısına necə sadiq adamdır. Əhəd Abıyev isə avara, ağzının danışığını bilməyən, ən böyük rüşvətxorun biridir. Mənə elə gəlir ki, cənab Prezident onun barəsində ciddi şəkildə düşünməlidir. Bu cür insanlarla uzağa getmək olmaz. İndi vaxtilə xahiş edib gətiriblər icra başçısı qoyublar, o demək deyil ki, illərdir dağıtsın, talan eləsin. Masallıda nə oyunlardan çıxdı, burda nə oyundan çıxdı. Gedib orda-burda dalımca danışmaqdansa, kişidirsə gəlsin üzbə-üz danışaq. Düzgün adam deyil, bu yaşında da üzdəniraqlıqla məşğuldur. Hər halda yaxın zamanlarda onun məsələsinə baxılacaq, çox ciddi şəkildə cəzalandırılacaq. Əhəd Abıyev bilməlidir ki...”-sitatın sonu.

Oxuduğunuz kimi, Hafiz kimi məşğul siyasət adamı da zaman-zaman vaxt ayrıb Ə.Abıyevin barəsində olduqca sərt çıxış etməyə məcbur qalanlardandır. Sözügedən açıqlamada diqqəti çəkən isə MMP sədrinin sonda səsləndirdiyi fikirlərdir.

SİTAT: “Dövlətçiliyi, dövlət başçısını müdafiə edənlər, Əhəd Abıyev kimilərinin nöqsanlarını deyən adamlar onun (yəni Abıyevin-red) sanki düşmənidir..”.

Siyasətçi son fikrilə tam onluğu vurub deyə bilərik. Çün, Əhəd müəllim bəndənizə münasibətdə də bizi ona görə hədəfə alır ki, dövlət başçısının səsinə səs verir, dövlətimizi və millətimizi sevir, onun nöqsanlarını deyirik. Amma, Abıyevin günah işləri üçün savab bildiyimiz ictimai nəzarətçilik işimizdən yayınacaq deyilik!

Hələlik, bu qədər... Təəssüf ki, sözünü etdiyimiz icra başçısı barədə səlahiyyətlərini uğurla icra edən biri kimi nəsə tapıb yazmaq müşkülü yaşayırıq, Əhəd Abıyev ismi sadəcə və xeyli siyasiləşib, məmur ərkanını itirib. Pulu da o həddə çoxdur ki, Daşkəsənə varmaq üçün saçını Xəzərin suyunda isladıb Gəncədə "Xan Bağı" qarşısındakı bərbərinə 130 manata qırxdıra bilir...
Demokratik.Az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər