Əkbər Hacıyev vəzifəsindən azad edilir-

Əkbər Hacıyev vəzifəsindən azad edilir- Yenilənib

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.

Faktinfo.az xəbər verir ki,etibarlı mənbədən Axar.az-a verilən məlumata görə, bununla bağlı artıq müvafiq sərəncam da imzalanıb. İddiaya görə, “Azəriqaz” İB-də hər kəs bu barədə məlumatlandırılıb.

***

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub. 

Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: 

“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər