Ekspert Misir Mərdanovdan sonra Təhsil Naziri olmuş şəxsləri ifşa etdi - "Ancaq dost, tanışlarınızı vəzifəyə..."
Təhsil eksperti Kamran Əsədov Elm və təhsil naziri Emin Əmrullayevin mövcud vəziyyətlə bağlı müsahibəsinə sərt münasibət bildirib.
Faktinfo.az AzToday.az-a istinadla xəbər verir ki, ekspert nazirin dediklərinin gülməli olduğunu deyib:
“Deməli, deyirlər ki, təhsil sistemində mövcud problemlər əvvəlki dövrdən qalıb. Yəni nəzərdə tuturlar ki, bu problemlər keçmiş Təhsil Naziri Misir Mərdanovun dövründə yaranıb.
Bu qədər gülməli fikir ancaq Parn iz Bakunun tamaşalarında ola bilər.
Axı 2013-cü ildən etibarən Təhsil sistemində sizsiniz.
Misir müəllim 1998-2013-cü ildə Təhsil Naziri olub və müstəqilliyin ilk illərində təhsil sistemində ciddi problemlər var idi. Onun dövründə qanunvericilik aktları hazırlandı, struktur dəyişiklikləri edildi.
Bəli, bu dövrdə ehtiyacdan artıq müəllim qəbulu həyata keçirilib, diplomu dövlət nümunəli olmayanların işə qəbulu həyata keçirilib.
O dövrdə bu sənədlərin sistem ilə yoxlanması mümkün olmayıb.
Yaxşı, 10 ildir ki, təhsil sistemində sizsiniz, nə dəyişib?
Bu günkü problemlərin kökündə keçmiş sistemin yaratdığı problemlər durursa da, uğurlarının da təməli o dövrdə qoyulub.
Müəllimlərin işə qəbulu Misir müəllimin Nazir olduğu dövrə təsadüf edir və s.
Gəlin sadə rəqəmlərə baxaq, son 10 il ərzində orta məktəblərə 80 mindən çox müəllim işə qəbul edilib. Bu ümumi müəllimlərin 60 faizi deməkdir. Deməli, sizin imtahanlar doğru deyil.
Son 10 ildə 2 mindən çox müəllimə əməkdar müəllim, tərəqqi medalı vermisiniz, hansı göstəricilərə görə?
10 il ərzində nə qədər təkmilləşdirilmə təlimlərinə pul ayırıb yemisiniz, xarici ölkələrə aparmısınız, budur nəticə?
10 il ərzində milyonlarla vəsaiti təhsilin inkişafı, müəllim keyfiyyətinin yüksəldilməsi üçün Qrant layihələrinə paylamısınız. Hanı nəticə?
10 il ərzində hansı universitetdə yoxlama aparmısınız? Keyfiyyətə nəzarət etmisiniz?
Ancaq öz dost, tanışlarınızı vəzifəyə təyin etməkdən başqa?
Özünüzdə problem görmürsünüz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ? Siz yanlışsınız, problem sizin orada qalmağınızdadır”.
Faktinfo.az xatırladır ki,Misir Mərdanovdan sonra 10 il müddətində üç Təhsil Naziri təyin edilib.Mikayıl Cabbarov(Hazırda,İqtisadiyyat Naziri),Ceyhun Bayramov(Hazırda,Xarici İşlər Naziri),Emin Əmrullayev(Hazırda,Elm və Təhsil Naziri)
Bu xəbər üçün şərh yazın