Ekspert:

Ekspert: Türkiyə bu əməliyyatla çox şey dedi, Əsədə mesaj verdi

Milli İstehbarat Təşkilatımızın (MİT) daha əvvəl Latakiyada keçirdiyi əməliyyatlara müxaliflər dəstək vermişdi.

 İndi isə Türkiyə bunu təkbaşına, dəstək olmadan həyata keçirdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya işləri koordinatoru Oytun Orxan MİT-in Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində Reyhanlı hadisələrini planlaşdıran Yusuf Nazik adlı terrorçunun Türkiyəyə gətirilməsini şərh edərkən deyib.

“Bu əməliyyatlar İdlibdə baş verən yeniliklər fonunda qiymətləndirilməlidir. Əsəd rejiminin də ən güclü olduğu bir yerdən bu şəxsin gətirilməsi Türkiyənin hədəflərini göstərir. Bununla Türkiyə İdliblə bağlı rəqabət apardığı Suriya rejimi və rus qüvvələrinə ciddi bir mesaj verəcək”, - ekspert bildirib.

Xatırladaq ki, Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) əməkdaşları Suriyanın Latakiya bölgəsində keçirdikləri xüsusi əməliyyatla axtarışda olan terrorçunu ölkəyə gətiriblər. Əməliyyat nəticəsində saxlanılaraq ölkəyə gətirilən Yusuf Nazik Reyhanlı bölgəsində 52 nəfərin ölümünə səbəb olan teraktları planlaşdıran şəxsdir. O, ilk dindirilmədə hücumları planlaşdırdığını etiraf edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər