Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclarının olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov müvafiq şöbəyə faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.
“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”-şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.
Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.
Bu xəbər üçün şərh yazın