Eldar Quliyevin "dairəsində" əvvəlki arxayınçılıqdan əsər-əlamət qalmayıb -"O qədər primitivdir ki, ona hansı dildə cavab verəcəyimizi şaşırırıq"
28 saylı Sabunçu üçüncü Seçki Dairəsi üzrə 19 namizəd qeydə alınsa da, onların arasında ən şanslı namizədlər “Müvəkkil Hüquq” İctimai Birliyinin sədri Səməd Vəkilov və “Ümid” Partiyası Humanitar məsələlər üzrə müşavir Mehriban Sadıqovadır.Mubarizənin məhz bu iki şəxs arasında gedəcəyi gözlənilir.
Faktinfo.az-a verilən məlumata görə, iddiaçılar arasında dairənin hazırkı deputatı, namizədliyini təkrar irəli sürmüş, MM-in Aqrar Siyasət Komitəsinin sədr müavini Eldar Quliyev də var.
Xatırladaq ki, Eldar Quluyev bir neçə dəfə sözügedən dairədən millət vəkili seçilib.Lakin qeyd etıdiyimiz kimi, əsas mübarizə daha çox yuxarıda adları çəkilən 2 şəxs arasında baş tutacaq. Çünki Eldar Quliyevdən fərqli olaraq, həmin şəxslər dairənin əhatə etdiyi ərazinin sakinləri tərəfindən böyük rəğbətlə qəbul edilirlər.Dairənin hazırkı deputatı Eldar Quliyevə gəlincə o,seçiciləri ilə görüşü zamanı alim olmasını da xüsusi vurğulayır(Eldar Quliyevin necə alim olması və onun müəllifi olduğu kitablar haqqında geniş araşdırma yazısını yaxın günlərdə saytımızda oxuya bilərsiniz-Faktinfo.az).
Qeyd edək ki,bir az əvvəl KİV-lərin yazdığına görə, 28 saylı Sabunçu üçüncü Seçki Dairəsində daha bir iddialı şəxs- jurnalist Aygün Süleymanlı da var. Hətta adıçəkilən xanım mətbuata müsahibəsində hazırkı deputat Eldar Quliyevi özünə rəqilb saymadığını bildirmişdi. O, Azpolitika.info-ya müsahibəsində bildirmişdi: "Eldar Quliyev hələ də ölkədəki proseslərdən və Prezident İlham Əliyevin başlatdığı yeniləşmə siyasətindən xəbərsizdir. 70 yaşı haqlayan, 4 dönəm Milli Məclis üzvü olan bu şəxsin atdığı bütün addımlar o qədər arxaik, o qədər primitivdir ki, ona hansı dildə cavab verəcəyimizi şaşırırıq. Seçki dövlətin ən önəmli tədbirlərindən biridir. Məsələ dövlət başçısının xüsusi nəzarətində olanda bu məsuliyyəti ikiqat artırır. Eldar Quliyev Azərbaycan cəmiyyətindən o qədər qopuq fiqurdur ki, sadə vətəndaşın belə fərq etdiyi tendensiyaları görməkdə çətinlik çəkir".
Bu xəbər üçün şərh yazın