Ağsaqallar Şurası adından yayılan məlumatda Əli Həsənova bəraət qazandıra biləcək bircə dənə də dəlil yoxdur"
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefası tələbi ilə çıxış edən Ağdamlı fəalların lideri Yavər Misir oğlu Nəsirov "Qaçqınkom” sədrinin müdafiəçilərinə özünün facebook səhifəsində cavab verib. Sozcu.info -ya istinadla Faktinfo.az Yavər Nəsirovun facebook səhifəsindən götürülmüş yazını olduğu kimi oxucularına təqdim edir:
Əli Həsənovun müdafiəçilərinə cavab
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun istefası ilə bağlı bizim müraciətimiz və ona Laçın rayonundan olan dəyərli insanların dəstək verməsi "Qaçqınkom” sədrini ciddi narahat edib. Buna görə, Laçın və Şuşa rayonların Ağsaqallar Şurasının adından Əli Həsənovu müdafiə cəhd edilib. , Laçın və Şuşa rayonların Ağsaqallar Şurasının adından yayılan məlumatda Əli Həsənova bəraət qazandıra biləcək bircə dənə də olsa arqument, dəlil, fikir yoxdur.
Laçın rayonundan olan, uzun illər hüquq mühafizə orqanlarında çalışdığı qeyd edilən Nəbi Nəbiyevin Əli Həsənovun qaçqın və məcburi köçkünlərə diqqət və qayğısını itirmək olmaz fikiri tamamilə yersizdir. Bu şəxsin diqqətinə çatdırıram ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məmurlar xalqın xidmətçisidir. Nəbi Nəbiyevin sözlərindən belə çıxır ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğının müəllifi Prezident İlham Əliyev deyil, Əli Həsənovdur? Əli Həsənov kimdir ki, "Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı” göstərsin?
Azərbaycan dövlətinin maddi imkanları və Prezident İlham Əliyevin sərəncamları ilə qaçqın və məcburi köçkünlərin vəziyyətinin sosial-iqtisadi vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan addımların Əli Həsənova heç bir aidiyyatı yoxdur. Ancaq bu işlərin həyata keçirilməsi zamanı baş verən neqativ hallara görə ilk öncə Əli Həsənov məsuliyyət daşıyır.
Əli Həsənovun qaçqın və məcburi köçkünlərə qayğı və diqqət göstərməsi haqqında Laçın və Şuşa rayonların Ağsaqallar Şurasının adından danışan şəxsləri Bərdə rayon, Bakı küçəsində yerləşən 2 saylı məktəbin binasında tək-tənha qalan 1958-ci il Quliyeva Vəfa Çərkəz qızının yaşayış şəraiti ilə tanış olmağa dəvət edirəm. Bir ayağı topuqdan kəsilmiş 59 yaşlı qadın xarabaxananı (https://www.youtube.com/watch?v=tjH31a7kZ4Y)xatırladan köhnə məktəb binasında tək-tənha qalıb. Çünki, Əli Həsənovun rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu qadına verməyə bir otaqlı mənzil tapmayıb. Halbuki, yalnız Ağdam rayonundan olan vəzifəli şəxslər, imkanlı adamlar şəxsi evləri, vilları olmasına baxmayaraq məcburi köçkünlər üçün salınan qəsəbələrdə ev, mənzil alması haqqında onlarla məlumat var. Onlar bu mənzilləri Əli Həsənovun rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki məmurlarla işbirliyi sayəsində alıblar. Buna görə hamıdan öncə məsuliyyəti Əli Həsənov daşıyır. Ən azı bu faktlara görə Əli Həsənov istefaya getməlidir.
İkincisi, Əli Həsənov əgər qanunlara və ictimaiyyətə hörmət edirsə 22 yaşlı nəvəsi Nail Elman oğlu Allahverdiyevin sərvətlərinin mənbəyini açıqlamalıdır. Çünki, 200 min manatlıq avtomobili ilə iki nəfərin həyatına son qoyan, iki nəfəri isə ağır yaralayan Nail Allahverdiyevin yüzlərlə həmyaşıdı imkansızlıqdan ali təhsil ala bilmir, minlərlə gənc ailə qura bilmir, yüzminlərlə məcburi köçükünün "Mercedes Gelandewagen” avtomobilinə sahib olmağı xəyal belə edə bilmirlər.
Əli Həsənovu müdafiə etməyə cəhd edənləri ən azından bu məqamlara diqqət yetirib, sonra vicdanlarının səsini dinləməyi tövsiyə edirəm.
Bu xəbər üçün şərh yazın